“Qarabağ”dan daha bir tarixi uğur
  • Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Fransa “Sent-Etyenin” qonağı olub..

Gərgin və maraqlı keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib. Oyunda hesabı təmsilçimiz açıb. 15-ci dəqiqədə Vüqar Nadirov gğzəl aşırma zərbəsi ilə komandamızı irəli çıxarıb. Lakin fransızların cavabı özünü çox gözlətmədi. Bu qoldan cəmi 6 dəqiqə sonra Riki van Volfsvinkel matçda bərabərliyi bərpa etdi.

Qalan dəqiqələrdə isə qapılara qol vurulmadı, və qarşılaşma 1:1 hesabı ilə yekunlaşdı.

Qrupun digər oyununda isə İtaliya “İnter"i Ukrayna “Dnepr”ini 2:1 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra aktivində 5 xalı olan “Qarabağ” “F” qrupunda yenidən ikinci pilləyə yüksəldi. Ümid edirik ki, komandamız son turda doğma meydanda “İnter” ilə görüşdə lazımi nəticəni əldə edərək qrup mərhələsini adlayacaq.

F qrupu:

İnter - 11 xal

Qarabağ - 5 xal

Sent-Etyen - 5 xal

Dnepr - 4 xal

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.