"Qalatasaray" rəhbərliyi baş məşqçi Çesare Prandelli ilə yollarını ayırır
  • Klubun idarə heyəti Prandellinin komandadan ayrılması ilə bağlı qərar qəbul edib.

Klubun idarə heyəti iclas keçirərək italyalı mütəxəssisin komandadan ayrılması ilə bağlı qərar qəbul edib.

Ard-arda gələn "Trabzonspor" və "Anderlext" məğlubiyyətlərindən sonra belə bir addım atılıb. Rəsmi qərarın bu gün axşam saatlarında açıqlanacağı gözlənilir.

Türkiyə mətbuatında yer alan iddialara görə, bu qərar "Qalatasaray" heyəti ölkəyə qayıtdıqdan sonra açıqlanacaq.

Çesare Prandellidən boşalacaq posta kimin gətiriləcəyi isə bir neçə gün ərzində bəlli olacaq.

(ANS)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.