Lukaşenko Rusiyanı tənqid etdi
  • Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsindən Qazaxıstana göndərilən mallara Rusiya ərazisində nəzarət mexanizminin tətbiqini tənqid edib.

Kremlin bu təşəbbüsü Qazaxıstanda da mənfi qarşılanıb. Bildirilib ki, əgər nəzarət həyata keçirilsə, Gömrük İttifaqının mahiyyəti şübhə altına alınmış olacaq.

Qeyd edək ki, ötən həftə “Rosselxoznadzor” Belarusun Qazaxıstana göndərdiyi 360 ton meyvə-tərəvəz məhsulunu (Avropa mənşəli-red.) Bryansk və Smolensk vilayətlərindən geriyə qaytarıb. Rusiya Belarusun təkrar ixrac əməliyyatlarına mənfi baxdığı üçün bu addımı atıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.