“Qalatasaray”ın yeni baş məşqçisi
  • “Qalatasaray” klubu italiyalı baş məşqçi Çezare Prandelli ilə müqavilənin ləğv olunduğunu rəsmən açıqlayıb.

Klubun rəsmi nümayəndəsi Əli Dürüst Ç. Prandellinin müqaviləsini ləğv etdiklərini bildirib.
Ə. Dürüst yeni baş məşqçinin adını da açıqlayıb. O, Türkiyə milli komandasının baş məşqçi köməkçisi Hamza Hamzaoğlu ilə anlaşdıqlarını bəyan edib. Hələlik H. Hamzaoğlu ilə rəsmi müqavilə imzalanmasa da, onun bu mövsümün sonuna qədər komandanı çalışdıracağı və uğurlu nəticə əldə edərsə, vəzifəsində qalacağı xəbər verilir.    

Qeyd edək ki, H. Hamzaoğlu keçmiş futbolçudur və 1991-1995-ci illərdə “Qalatasaray”ın heyətində çıxış edib. Baş məşqçi kimi “Malatyaspor”, “Eyüpspor”, “Dənizlispor” və “Akhisar Bələdiyyəspor” komandalarını çalışdırıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.