“Qarabağ” UEFA reytinqində irəlilədi
  • “Qarabağ” klubu reytinqdə 6 pillə irəliləyib. Ağdam təmsilçisi hazırda 10.450 xalla 158-ci pillədə yer alır.

UEFA növbəti dəfə klubların reytinq siyahısını açıqlayıb. Bu barədə beynəlxalq qurumun rəsmi saytı məlumat yayıb. Siyahıda 454 komanda yer alıb. Həmin siyahıda Azərbaycan 7 klubla təmsil olunub.


“Qarabağ” klubu reytinqdə 6 pillə irəliləyib. Ağdam təmsilçisi hazırda 10.450 xalla 158-ci pillədə yer alır.

“Neftçi” klubu isə geriləyərək 8.950 xalla 179-cu pilləyə düşüb.

Reytinq cədvəlinə yenə də “Real” (Madrid) klubu liderlik edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü pillədədir.

Ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində heç bir dəyişiklik olmayıb. "Xalını 12.250-ə çatdıran ölkəmiz reytinqdə 29-cu yerdə qərar tutub.

Ümumilikdə avrokuboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

158. “Qarabağ” (+6)
175. “Neftçi” (-4)
271. “İnter” (0)
298. “Xəzər Lənkəran” (+1)
338. “Bakı” (+3) 
359. “Qəbələ” (+4)
362. AZAL (+3)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.