İtaliya mətbuatı ceyran və nardan yazdı (FOTO)
  • İtaliyanın məşhur “Olimpi Azzurra” idman saytında “Bakı-2015” ilk Avropa Oyunlarının ceyran və narı ilk dəfə keçiriləcək idman tədbirinin rəsmi rəmzləri kimi təqdim etməsi ilə bağlı məqalə yerləşdirilib.

Məqalədə Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimovun sözlərinə yer verilib: “Ceyran və nar rəmzlərini bütün dünyaya təqdim etməyə şadıq. Ümidvarıq ki, onlar birinci Avropa Oyunlarının həyəcanını əks etdirə biləcəklər. Bu simvollar “Bakı-2015”in rəmzləri kimi, Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcək”.

Müəllif bildirir ki, ceyran Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini təqdim edəcək. Azərbaycanda qorunan heyvan növlərindən biri olan ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir. Ölkəmizdə geniş yayılan nar meyvəsi rəngarəng “Bakı-2015” brendində əks olunaraq artıq bu şəhərdə geniş nümayiş etdirilib.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.