Dünyanın ən sevilən 10 futbol klubu (SİYAHI)
  • “Fənərbaxça” və “Qalatasaray” sosial şəbəkədə ən çox izlənilən 10 klub arasında yer alıb.

İngiltərə mətbuatı Twitter, Facebook, Instagram və YouTube-da izlənmə sayı əsasında dünyanın ən məşhur futbol klublarını müəyyən edib.

İspaniyanın “Real” Madrid və “Barselona” hər cəhətdən rəqiblərini geridə qoyur.

“Qalatasaray” 4,5 milyon izləyici ilə Twitter-də 5-ci klubdur. “Fənərbaxça”nın isə 3,7 milyon izləyicisi var. Dünya üzrə bu göstəricidə 7-cidir. “Sarı-qırmızılı”lar 650 min nəfərlə “İnstagram”da ən çox izləyicisi olan 10-cu klubdur.

“Real” Madrid Twitter-də 13,8 milyon, Instagram-da 4,9 milyon, YouTube-də 1,6 milyon izləyicisi var. “Barselona”nın isə Facebook səhifəsində 79,1 milyon beyənmə var və Kataloniya klubu bu göstərici ilə dünyada rəqib tanımır.

İlk onluqda olan klublar aşağıdakılardır:

“Real” Madrid, “Barselona”, “Fənərbaxça”, “Qalatasaray”, “Arsenal”, “Çelsi”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “PSJ”, “Milan”, “Juventus”, “Bavariya”, “Santos” və “Korinthians”.

(ANS)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.