Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub (NƏTİCƏLƏR)
  • Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Daha 4 qrupda 8 qarşılaşma başa çatıb.

E qrupunda “Mançester Siti” səfərdə “Roma”nı 0:2 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb. “Bavariya” isə doğma publika önündə MOİK-ə heç bir şans verməyib – 3:0.

“Barselona” və PSJ qrup liderliyi uğrunda mübarizə aparıb. Öncədən növbəti mərhələyə vəsiqəni təmin edən tərəflərin duelində Kataloniya klubu 3:1 hesabı ilə qalib gələrək, ilk pillənin sahibi olub. Qrupun digər matçında APOEL ilə “Ayaks” Avropa Liqasına vəsiqə uğrunda döyüşüb. Burada hollandiyalılar rəqibinə divan tutub – 4:0.

G qrupunun lideri “Çelsi” Londonda “Sportinq”i qəbul edib. Bu görüşdə portuqaliyalılara 1 xal lazım idi ki, növbəti mərhələyə keçsin. Lakin “zadəganlar” öz meydanında uduzmayıb. Qarşılaşma 3:1 hesabı ilə başa çatıb. “Şalke” isə səfərdə “Maribor”u məğlub etməklə (0:1) adını növbəti mərhələyə yazdırıb.

H qrupunun lideri “Porto” ilə ikinci pillənin sahibi “Şaxtyor”la qarşılaşıb. Formal xarakter daşıyan matçda qalib müəyyənləşməyib – 1:1. Əsas diqqətlər Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda “Atletiko” - BATE oyununda olub. Burada isə basklar rəqibini 2:0 hesabı ilə üstələyib.

Beləliklə, “Atletiko”, “Yuventus”, “Real”, “Bazel, “Monako”, “Bayer”, “Borussiya”, “Arsenal”, “Bavariya”, “Mançester Siti”, “Barselona”, PSJ, “Çelsi”, “Şalke”, “Porto” və “Şaxtyor” 1/8 finalda mübarizə aparacaq.

“Olimpiakos”, “Liverpul”, “Zenit”, “Anderlext”, “Roma”, “Ayaks”, “Sportinq” və “Atletik” isə Avropa Liqasında çıxış edəcək.

Çemionlar Liqası
VI tur
10 dekabr

E qrupu
“Bavariya” – MOİK - 3:0
“Roma” – “Mançester Siti” - 0:2

F qrupu
“Barselona” – PSJ - 3:1
“Ayaks” – APOEL - 4:0

G qrupu
“Çelsi” – “Sportinq” - 3:1
“Moribor” – “Şalke” - 0:1

H qrupu
“Portu” – “Şaxtyor” - 1:1
“Atletiko" – BATE - 2:0

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.