EMİN: "Məndən istifadə etmək istəyəni görürəm"
  • “Mən həmişə kimin dostluq adı altında məndən istifadə etmək istədiyini görürəm".

Bu sözləri bəstəkar-müğənni Emin Ağalarov özünün yubiley ərəfəsində Rusiya mətbuatına verdiyi müsahibəsində deyib.

Müsahibəsində Emin ailəsindən, atası ilə münasibətindən, digər insanlarla qurduğu münasibətlərdən, mahnılarından və uğurlarından danışıb.

O, jurnalistin ailəsi, maddi durumu haqda verdiyi suala özünəməxsus cavab verib. “Birincisi, böyük maddi vəsait məndə deyil, Araz Ağalarovdadır, Mənim isə onunla qohumluq əlaqələrim var (gülür). İkincisi bu yalnız Moskvada hiss olunur. Məsələn, Yekaterinburqda insanlar bilmir ki, sənin Ağalarovlar ailəsilə əlaqələrin var, ya yox. Xaricdə isə gəzmək ümumiyyətlə bu çox asan və rahatdır”.

Emin bildirib ki, onun musiqisi biznes deyil. Belə ki, mahnılarını məşhur olmaq, hər hansı mükafat almaq üçün yazmır. Çünki başqa sahədən yetəri qədər qazanır. O, mahnılarını özünün zövqü üçün yazır.

- Birdən elə oldu konsert zalını doldura bilmədiniz, onda reaksiyanız nə olar?
- Məndə bir neçə dəfə belə olub. Düşünürəm hər bir artistdə də həmçinin. Əgər bu gün olmayıbsa, gələn dəfə olar.

Emin atasını onun yaradıcılığına münasibətindən də danışıb. Bildirib ki, atası onu tanıyır və bilir ki, əgər o nəyisə istəyirsə nə olursa olsun yaxşı nəticəyə nail olacaq.

Müğənni müsahibəsində süni dostluq münasibətlərindən də yan keçməyib. O, vurğulayıb ki, ona bu münasibətləri görmək çətin deyil. Çünki bunları görərək böyüyüb. "Mən bu cəhətdən dik insanam. İnsanın düz üzünə "sənə nə lazımdır? Dostluq yoxsa sadəcə iş münasibəti?" deyə bilərəm".

E.Ağalarov qeyd edib ki, Qriqori Leps, Stas Mixaylov, Ani Lorak, uşaqlıqdan tanıdığı İqor Krutoy və Sveta Loboda ilə dostluq edir. Başqaları ilə isə yalnız yoldaşlıq münasibətləridir.
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.