Qurban Qurbanov: Təmiz qol idi
  • Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb.

Qurban Qurbanov 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:

“Alqışlarınıza görə sağ olun. Oyun haqda çox danışmaq istəmirəm. Bizimlə olan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Komandamız növbəti mərhələyə keçməli idi. Növbəti mərhələyə adlaya bilmədik, bu üzdən də heç-heçəni məğlubiyyətə bərabər sayıram. Bacardığımızı nümayiş etdirməyə çalışdıq. Nadirovun zədələnməsi oyunumuza təsirini göstərdi. Qarşıda çempionat oyunumuz var. Ona görə də Avropa Liqasını tezliklə unutmalıyıq”.

“Təcrübəli komandaya qarşı oynayırdıq. “İnter”lə oyunda öz gücümüzü sınamağa çalışdıq. Oyunçularıma həmişə mümkünsüz heç nəyin olmadığını deyirəm. İstənilən rəqibə qalib gəlmək olar. Avroliqa bizim üçün böyük təcrübə oldu”.

“Sayılmayan qol epizodu? İki kameradan həmin epizodu izlədik. Təmiz qol idi. Başqa nəsə düşünməyə də ehtiyac yox idi. Hakimin niyə elə qərar qəbul etdiyini anlaya bilmədim. Onun öz üzərinə belə bir məsuliyyət götürməsi böyük risk idi”.

“Özümü indi necə hiss edirəm? Normal. Matç başa çatandan sonra “İnter”in oyunçusu mənə yaxınlaşdı və topa toxunduğunu etiraf etdi. Yəqin ki, bunu hakimə də demək lazım id”.

Azerisport.az

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.