Azərbaycandan 22 illik müstəqillik dövrünün rekordu
  • Avropa Liqasının qrup mərhələsinin VI turundan sonrakı cədvəli 2014-cü il üçün son siyahı olub.

Son 5 mövsümün nəticələrinə əsasən hesablanan cədvəlin yekunlaşmasına isə qitə kuboklarının pley-off mərhələlərinin oyunları qalıb. Bu matçlar da 2015-ci ildə keçiriləcək.

Lakin həmin oyunlarda yalnız 17 ölkə təmsilçiləri çıxış edəcək. Avropanın digər 37 ölkəsi üçün isə avrokubok mövsümü başa çatıb.

Azərbaycan da sonuncular sırasındadı. Belə ki, sonuncu təmsilçimiz “Qarabağ” Avropa Liqasının qrup mərhələsindəki son oyununda İtaliya “İnter”i ilə qolsuz heç-heçə edib və mübarizəni dayandırıb. Bununla da Azərbaycan üçün avrokubok mövsümü sona çatıb.

Bu bərabərlik Azərbaycanın hesabına daha 0,250 xal gətirib. Bununla da rekordlarla zəngin mövsümü başa vurmuşuq. Belə ki, cari mövsüm toplanılan 3,625 xal ölkəmiz üçün tarixinin ən yüksək mövsümlük göstəricisidi.

5 mövsümə əsasən 12,500 xal toplamağımız da 22 illik müstəqillik dövrünün rekordudu. Bu xal siyahıda 29-cu olmağa imkan verib. Aşağı pillələrdəkilər mübarizəni dayandırdığından bu mövqe toxunulmaz qalacaq. 29-cu pillə də ölkəmiz üçün yeni rekorddu.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.