2014-cü ilin ən bahalı transferləri (SİYAHI)
  • Suares 88 milyon avro müqabilində “Liverpul”dan “Barselona”ya transfer olunub.

Başa çatmaq üzrə olan 2014-cü il bir sıra bahalı transferlərlə yadda qalıb. 10 transferin yer aldığı siyahıya Luis Suaresin “Liverpul”dan “Barselona”ya keçidi başçılıq edir.

Uruqvaylı futbolçu 88 milyon avro müqabilində “Liverpul”dan “Barselona”ya transfer olunub. Anxel di Mariyanın “Real”dan “Mançester Yunayted”ə transferi ikinci, Ceyms Rodriqezin “Monako”dan “Real”a keçidi isə üçüncü olub.

1. Luis Suares – “Liverpul”dan “Barselona”ya transfer olunub.

2. Anxel Di Mariya – “Real” (Madrid) klubundan “Mançester Yunayted”ə transfer olunub.

3. Ceyms Rodriqez – “Monako”dan “Real” (Madrid) klubuna transfer olunub.

4. Aleksis Sançez – “Barselona”dan “Arsenal”ə transfer olunub.

5. Lyuk Şou – “Sauthempton”dan “Mançester Yunayted”ə transfer olunub.

6. Dieqo Kosta – “Atletiko” (Madrid) klubundan “Çelsi”yə transfer olunub.

7. Sesk Fabreqas – “Barselona"dan “Çelsi”yə transfer olunub.

8. Xuan Mata – “Çelsi”dən “Mançester Yunayted”ə transfer olunub.

9. David Luiz – “Çelsi”dən PSJ-yə transfer olunub.

10. Eliaquim Manqala – “Portu”dan “Mançester Siti”yə transfer olunub.

Qol.az

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.