Bakıda polis rəisləri təlaş içində
  • General-mayor Mirqafar Seyidovun Bakı şəhəri Baş Polis İdarəsinin rəisi təyin edilməsindən sonra paytaxt polisində ciddi gəlişmələr baş verir.

Bir müddət öncə, təyinatından az sonra Mirqafar Seyidovun mülki geyimdə Nərimanov və Sabail rayonlarındakə bəzi polis bölmələrinə qəfil baxış keçirdiyi barədə məlumat verilmişdi. Təsadüfi deyil ki, məhz həmin yoxlamanın ardından Bakı şəhəri Baş Polis İdarəsinin 9 vəzifəli şəxsi işqən çıxarıldı.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmin olayın ardından mülki geyimdə qəfil yoxlamaları davam etdirən general Seyidov digər yerlərdə də nöqsanlarla qarşılaşıb.

Belə ki, general mülki formada daha bir neçə polis bölməsinə gedərək, rəislə görüşmək istədiyini deyib. Özünü təqdim etməyən M.Seyidovu bu dəfə də tanımayan növbətçi polislər rəislə görüşün mümkün omadığını deyiblər.

Bu hal 4-5 bölmədə təkrarlanıb. Səhəri gün problemi olan polis bölmələrinin rəhbərləri Bakı şəhəri Baş Polis İdarəsinə çağrılıblar. Modern.az saytının məlumatına görə, bölmə rəisləri problemin əvəzini 1 gün təpik döyməklə ödəyiblər.

Bundan sonra Bakıdakı bölmə rəisləri təlaşa düşüblər. Məlumata görə, indi istənilən şikayətçi hər hansı Polis bölməsinə gedib rəislə görüşmək istədiyini deyirsə, dərhal onu rəhbərliyin qəbuluna aparırlar.

Daha bir məlumat ondan ibarətdir ki, general-mayor Mirqafar Seyidov rəis təyin olunana kimi Polis idarələrinin Cinayət axtarışı şöbələrinin əməkdaşları işə polis formasında deyil, mülki geyimdə gəlirdilərsə, yeni rəis bunu da qadağan edib. Artıq onlar da işə polis formasənda gəlirlər

(modern.az).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.