Bu gün Ramil Usubovun ad günüdür
  • 22 dekabr tarixi Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov üçün xüsusi əhəmiyyət daşıyır.

22 dekabr tarixi Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün Ramil Usubovun ad günüdür, nazirin 66 yaşı tamam olub.

Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ  DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Ramil Usubov 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə işləyib.

1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə  Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

Mərhum dövlət başçısı Heydər Əliyevlə Naxşıvanda birgə işləmiş Ramil Usubov, Heydər Əliyev Azərbaycan prezidenti seçiləndən az sonra Bakıya daha yüksək vəzifəyə gətirilir. Belə ki, Heydər Əliyevin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilir. Az sonra nazirin rütbəsi də artırılır - prezidentin 3 may 1994-cü il tarixli fərmanı ilə ona general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə isə general-polkovnik hərbi rütbəsi verilib.

Prezident Heydər Əliyevə ən sadiq nazirlərlərdən biri olan R.Usubov cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin təmin edilməsindəki xüsusi xidmətlərinə görə 24 dekabr 1998-ci il tarixində “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı.

Ramil Usubov Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsindəki  xüsusi xidmətlərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülüb.

Məsələn, 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunub.

Təbrik edirik!

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.