Yeni Audi “Q7” (FOTO)
  • Yeni model ABŞ-ın Detroyt şəhərində debüt olunacaq, doğma Almaniyada isə 2015-ci ilin yaz mövsümündə 74 min dollardan başlayan qiymətə satışa çıxarılacaq.

Avtomobilin qabariti: 5,05×1,97×1,74 metr təşkil edir. “Audi Q7” 3 litrlik dizel mühərriklə (218 və 272 at gücü) 100 kilometrə 5,7 litr yanacaq sərf edir. Avtomobil 3 litrli V6 şəklində olan benzin mühərriklə (333 at gücü) 100 kilometrə 7,7 litr yanacaq sərf edir. Avtomobilin 100 km-ə qədər sürətlənməsinə 6,1 saniyə sərf olunur.

Avtomobilin geniş təqdimatı 2015-cü ilin yanvarında ABŞ-ın Detroyt şəhərində keçiriləcək. “Audi Q7” üçün sifariş gələn ilin yaz mövsümündən başlayacaq.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.