WhatsApp-ı bu gündən kompüterə quraşdırmaq olar (FOTO)
  • Dünyanın məşhur WhatsApp ani məlumat paylaşımı (messencer) mobil proqramını istehsal edən şirkət onun veb-versiyasını da işə salıb.

Dünyanın məşhur WhatsApp ani məlumat paylaşımı (messencer) mobil proqramını istehsal edən şirkət onun veb-versiyasını da işə salıb.

Indi proqramı masaüstü kompüter yaxud noutbukda da istifadə etmək olar. Hələlik o, yalnız Google Chrome brauzerində işləyir.

Veb-versiyada qeydiyyatdan keçmək üçün QR-kodlar sistemindən istifadə tələb olunur. Bunun üçün messencerə öz akkauntunuzla daxil olmalı, kompüterin ekranından QR-kodu oxumalısız. Bu zaman WhatsApp-ın versiyasının yenilənmiş olması vacibdir. Bundan sonra hər iki versiya – kompüter və mobil versiya əlaqələnirlər.

Yeni versiya yalnız Android, Windows Phone və BlackBerry-də işləyir. iOS (iPhone, iPad) üçün proqram hələ buraxılmayıb.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.