Rusiyada hər beşinci jurnalist işsiz qala bilər
  • Rusiyanın Kommunikasiya və Rabitə Nazirliyi KİV əməkdaşlarının 15-20%-nin ixtisarını proqnozlaşdırır.

Bu məlumatı Nazirliyin nümayəndəsi Rusiya Federasiyası dövlət aparatında keçirilən əmək bazarının monitorinqinin işçi qrupunun idarələrarası iclasında baş nazirin müavini Olqa Qolodesə təqdim edib.

Bazar iştirakçılarının dəyərləndirməsi nəzərə alınaraq, KİV-də 300 min insan işləyir, kütləvi media əməkdaşlarının 60 min nəfəri işini itirə bilər.

Rabitə Nazirliyindən “İzvestiya”ya izah ediblər ki, indi çap və elektron KİV-də 500 minə yaxın insan çalışır, amma bəzi jurnalistlər eyni anda bir neçə nəşrlə əməkdaşlıq edirlər, bəzilər isə KİV-lə qismən məşğuldurlar.

“İclasda narahatçılıq doğuran media bazarı işlərinin gedişatı müzakirə edilib. İxtisarlar yeni başlayıb, əsasən TASS-da (yanvar ayında ştatın 25%-i, bu isə təxminən 400 nəfərdir)” - RF baş nazirin müavini Olqa Qolodesin köməkçisi Aleksey Levçenko bildirib.

Xatırladaq ki, keçən ilin sonunda əksər Rusiya KİV-də ixtisar dalğası keçib. Beləliklə, “Rossiyaskaya qazeta” əməkdaşlarının 10%-ni Moskva hakimiyyətinin “Veçernaya Moskva” qəzeti isə kollektivinin 12%-ni ixtisar edib.

Lenta.ru-nun rəhbərliyi redaksiyanın 10%-nin ixtisarı barədə məlumat verib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.