Putin yeni savaşa başlayır
  • "Rusiya Baltik ölkələrinə qarşı hibrid müharibə başlaya bilər. Putin bunu NATO-nun müharibə baş verən hallarda səfərbər olub-olmayacağını yoxlamaq üçün həyata keçirməyi planlaşdırır".

Bu sözləri NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "The Telegraph" qəzetinə müsahibəsində deyib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsinə qüdrətli dövlət statusunu qaytarmaq və Rusiyanın Şərqi Avropada dominantlığını bərpa etmək istəyir.

Keçmiş baş katib həmçinin qeyd edib ki, Putin bu qırmızı xətti keçsə, uduzacaq.

"Biz bunu anlamalıyıq. Amma Putin də hibrid müharibələr üzrə mütəxəssisdir", - deyən Rasmussen Rusiyanın müdaxilə edilə biləcək ölkələrin adlarını da çəkib. Onun fikrincə, Putin Estoniya və Latviyada münaqişələr yarada bilər: "Çünki burada kifayət qədər rus dilli əhali yaşayır. Alyansın zəif üzvləri isə Rusiya ilə iqtisadi əlaqələri qoparmamaq üçün bu münaqişələrin təhlükəsini lazımınca qiymətləndirməyə bilərlər. Bu cür ölkələrə Macarıstan və Yunanıstan da daxiuldir".

ANS

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.