Mark Tsukerberq xəstəxanaya 75 milyon dollar bağışladı
  • Dünyada ən iri sosial şəbəkə Facebook-un təsisçisi və baş direktoru Mark Tsukerberq və onun həyat yoldaşı Prissilla Çan San-Fransisko (Kaliforniya ştatı) xəstəxanalarından birinə 75 milyon dollar pul ianə ediblər. Oxu.Az TASS-a istinadən bildirir.

“Bu pullar bizim üçün çox vacibdir. Onlar yeni reanimasiya şöbəsinin və travmatoloji mərkəzin tikintisinə sərf ediləcək”, - tibb müəssisəsinin bəyanatında göstərilib. Tsukerberqin bu ianəsi 1994-cü ildə açılmış xəstəxananın tarixində ən böyük məbləğ oldu.

Facebook-un təsisçisi qeyd edib ki, onun verdiyi pullar San-Fransisko sakinləri üçün tibbi xidmətləri daha əlçatan edə bilər.

“Biz hesab edirik ki, hər kəs keyfiyyətli tibbi xidmətdən istifadə etməlidir. San-Fransisko bizim evimizdir, biz burada işləyirik və yaşayırıq, ona görə də insanlara xeyir gətirmək istəyirik”,- Tsukerberq öz hərəkətini belə izah edib.

Forbes jurnalının məlumatına əsasən 30 yaşlı Tsukerberq ən comərd amerikalı milyarderlər arasında dördüncü yeri tutur. O, 2013-cü ildə Kremniev vadisinin fondlarından birinə sosial şəbəkənin aksiyası şəklində 991 milyon dollar verib. Bu pullar əsasən müxtəlif tədris proqramlarına sərf edildi. Bundan başqa keçən ilin sonunda Tsukerberq Qərbi Afrikada Ebola virusu ilə mübarizəyə 25 milyon dollar ayırmışdı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.