Saakaşvili: Ukrayna ordusu Rusiyanı zəbt edə bilər
  • Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hesab edir ki, Ukrayna ordusu bütün Rusiyanı zəbt edə bilər.

O, bu barədə Ukraynanın “24” telekanalının efirində bildirib.

“Ukraynanın ən böyük boşluqları köhnəlmiş tank əleyhinə silahlardır. Daha yenisi ABŞ-da var, əgər Ukrayna ordusu belə təmin edilsə, o zaman ilk 50 Rusiya tankı partladılacaq və hər şey başqa cür olacaq”, - Gürcüstanın sabiq prezidenti əmindir.

“Amerikalıların hazırladığı bizim zabitlər, indi sizin hərbçiləri hazırlayırlar. Onlar ukraynalı əsgərlərin döyüş ruhunun yüksək olduğundan danışırlar, onlara lazımi biliklər, səriştə və silah verilsə, onlar bütün Rusiyanı zəbt edə bilərlər”, - Saakaşvili əlavə edib.

Saakaşvili ABŞ-ın Ukraynaya yardım edəcəyi ehtimalının böyük olduğundan əmindir.

“Onlar Ukrayna xalqının böyük mübarizəsini, onlar üçün əsas olan Ukraynanın demokratik dəyərləri müdafiə etməyə hazır olduğunu gördülər”, - o deyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.