Qadınları otellərdə fahişəlik etdirən daha bir tanınmış tutuldu
  • 3 il əvvəl "Bu gün nə geyinsəm" dəb proqramına qatılan rus qızı Adanada "fahişəlik üçün yer təmin etmək və ara düzəltmək" maddələri ilə günahlandırılır.

Adana Polis İdarəsinin Asayiş şöbəsinin Əxlaq Bürosuna Türkiyə vətəndaşı olan Megi adlı 40 yaşlı rus qadının öz həmcinslərinə otellərdə fahişəlik etdirdiyi barədə xəbər daxil olub.

Onun işlədiyi qadınlar 37 yaşlı gürcü qadın Natalya D, 45 yaşlı Yekaterina, 28 yaşlı Mzisa və 33 yaşlı Olesya olub.

Megi gürcü əsilli qadınları telefonla müştəri tapdıqdan sonra iki Türk taksi sürücüsü ilə istənilən otellərə göndərərək fahişəlik etdirdiyi dəqiqləşdirilir. Bundan sonra Megi qadınları növbəti dəfə fahişəliyə göndərdiyi sırada otelə basqın edilib. Basqında fahişəlik edən qadınlar və Megi L. saxlanılıb.

Saxlanılan Gürcüstan vətəndaşları günahlarını etiraf ediblər. Bundan başqa qadınlarla görüşən 40 kişi də seks işçilərinə 400-1000 TL arasında məbləğ ödədiklərini qəbul ediblər.

Megi isə ifadəsində ittihamları rədd edib: “Mən rəqs müəlliməsiyəm. Bu qızlara otellərdə kurs verirdim. Onları sonra İstanbula göndərib film ulduzu edirəm. Hazırda rəsq öyrətdiyim qızlardan ən az 25-i İstanbulda seriallarda, filmlərdə oynayır. Mən fahişəlik etmirəm”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.