İlham Əliyev Finlandiya prezidenti ilə görüşüb (FOTO)
  • Azərbaycan prezidenti İlham Əliyev fevralın 7-də Münhendə Finlandiya prezidenti Sauli Niinistö ilə görüşüb.

Görüşdə Azərbaycan və Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və ölkələrin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirilib. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edilib, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırılıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi də aparılıb.

 

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.