35 milyardlıq sərvətini bir göz qırpımında itirdi
  • Dünyanın ən zəngin 8 milyarderindən biri iflas edib. Hələ 2012-ci ildə "Forbes" jurnalı tərəfindən 35 milyard dollarlıq sərvəti olduğu açıqlanan braziliyalı Eike Batista bütün sərvətini itirib. Milyarderin cib telefonu belə müsadirə edilib.

Batista 3 il bundan öncə verdiyi açıqlamalarda "2015-ci ilin ən zəngin adamı olacağam" demişdi. 35 milyard dollar sərvətiylə adı Bil Qeyts və Karlos Slim kimi varlılarla eyni cərgədə anılan Batista manipulyasiya ittihamı ilə məhkəməyə verilib və bütün var-dövləti müsadirə edilib.

Batistanın evinə basqın edən polislər məşhur iş adamının "Lamborghini"si də daxil olmaqla 7 avtomobilinə, kompüterlərinə, cib telefonlarına, saatlarına və 32.500 dollarlıq nağd pulunu müsadirə ediblər.

Batistanın sahib olduğu bütün pulunu xarici banklara qoyduğu ehtimal edilir. Uzun bir müddət Braziliyanın ən zəngin insanı olaraq tanınan Batistanın atası Braziliyanın sabiq enerji naziri olub.

Qeyd edək ki, Batista sərvətini ən tez itirən milyarderlər arasında ilk pillələrdə qərarlaşıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.