Elzadan yeni şeir: Qalxanı var, yatanı var, duranı var...
  • Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

“Sevgi cəsarət istər

Görərsən sən,

Harada olsam, gələrsən sən.

Qismət olsa, görərsən sən

Həsrətimdən ölərsən sən

Ölməginən yazıqsan sən

Sən yazıqsan.

Yazıqsan!

Sevən çox, sevilən yox

Sevilən çox, sevən yox.

Sevilən xoşbəxtdir,

Sevən yox, ölən yox!

Ürəyimə ox?

Sənə yox, sənə yox!

Yazığım, dəlim?

Göz açandan o insan ki, sevilmişdir, seçilmişdir,

Alışmışdır sevgiyə?

Sevgi ilə yoğurulmuşdur, yanmışdır.

Öpüşmüşdür sevgi ilə

Boğuşmuşdur onun ilə doğulmuşdur.

Təzədən doğulmuşdur.

Hər sevəndə doğulursan, ölürsən.

Yenisindən, yenisindən yiyəsindən

Sevginin öz yiyəsi var.

Ay yazıq!

Kisəsi var, kuzəsi var.

 

Nizəsi var, qalxanı var, yatanı var, duranı var

Hamısı bir sevginindir.

Sevgimindir, sevgilimindir.

 

Hər dəqiqə, hər anım

o, mənimdir, mənimdir.

Harada olsam gələcək o...

Qismət olsa, gələcək o...

Görərsən sən...

Baxarsan sən, mənimdir o.

Bilirsən sən? Mənimsən sən! Mənimsən!

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.