Putin və Merkel Minskdə nə içdi?
  • Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Ukrayna məsələsi ilə bağlı görüş keçirən "Normand dördlüyünün" yeyib-içməyindən danışıb.

O deyib ki, danışıqlarda iştirak edən dövlət başçılarına yalnız Rusiya və Belarus ərzaqı yediriblər.

"Onlar qayğanaq, pendir, süd məhsulları yedilər, bir neçə vedrə qəhvə içdilər", - deyə Lukaşenko bildirib. O, qeyd edib ki, danışıqların iştirakçılarına yeməyi şəxsən özü daşıyıb.

"Normand dördlüyü" ölkələrinin liderləri (Vladimir Putin, Petro Poroşenko, Fransua Olland və Angela Merkel) arasında Ukraynda vəziyyətlə bağlı görüş fevralın 11-də axşam saatlarında Minskdə başlayıb. 16 saat çəkmiş görüşün yekununda dörd səhifəlik deklarasiya qəbul edilib. Onlardan ən asası isə atəşkəs haqqında razılıqdır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.