İlham Əliyev serbiyalı və litvalı həmkarlarını təbrik edib
  • “İkitərəfli münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək”.

Azərbaycan prezidenti İlham Əliyev serbiyalı həmkarı Tomislav Nikoliçə məktub ünvanlayıb. Azərbaycan prezidenti T. Nikoliçi və Serbiya xalqını bu ölkənin milli bayramı münasibətilə öz adından və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edib.

“İnanıram ki, Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığı, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və tərəqqi arzulayıram”, - deyə məktubda qeyd edilir.

Bundan başqa, ölkə başçısı Litvanın milli bayramı münasibətilə bu ölkənin prezienti Dalya Qribauskayteni və bütün Litva xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib:

“Mən Azərbaycanın mühüm tərəfdaşlarından biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verirəm. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.