The Hill: Ermənistan prezidenti və müdafiə naziri Xocalıda qətliam törədiblər
  • Erməni lobbisinin danışdıqlarına inansaq, Azərbaycan dəhşətli ölkə, Ermənistan isə igidlər Vətəni, ümid və demokratiya torpağıdır.

Əslində erməni reallığının anti-utopiyası ondan ibarətdir ki, Ermənistanın mənəvi və etik kəsiri var, bu kəsir beynəlxalq hüquq və insan hüquqları problemlərinin müzakirəsi zamanı ölkəyə Azərbaycan kimi qonşularını barmaqla göstərmək hüququ vermir.

Bu barədə Denis Caffenin ABŞ-ın The Hill qəzetində dərc olunmuş məqaləsində deyilir.

“Gəlin Cənubi Qafqazdakı problemlərin səbəb-nəticə əlaqəsini diqqətlə öyrənək: Azərbaycan Ermənistan tərəfindən hərbi hücuma məruz qalıb, döyüşlər Azərbaycan ərazisində gedib və ölkənin 16%-ə yaxın ərazisi hazırda işğal altındadır, 1992-1994-cü illərdə 600 min azərbaycanlı öz doğma ölkələrində məcburi köçkün olublar (və buraya 1987-1990-cı illərdə Ermənistanda etnik təmizləməyə məruz qalmış, bu ölkəni tərk edərək Azərbaycana gəlmiş 240 min azərbaycanlını da əlavə edin.

Bunu Azərbaycanı tərk etmiş etmiş 230 min erməni ilə müqayisə edin. Bu arada işğal edilmiş Dağlıq Qarabağdakı 120 min ermənidən başqa, 30 minə yaxın erməni hələ də Azərbaycanın başqa iri şəhərlərində yaşayır). Bəs erməni təbliğatı Ermənistanın hüquqlarını pozduğu 1 milyona yaxın adamla bağlı nə demək istəyir?”, - deyə, müəllif yazır.

Onun sözlərinə görə, Ermənistan bütün post-sovet məkanında ən dəhşətli insan hüququ pozuntusunu – Xocalıda hərbi cinayəti törədib.
“O zaman bir gecəyə 600-dən çox azərbaycanlı, kürd və məhsəti türkü amansızcasına qətlə yetirilib (bu arada həmin qətliamda erməni tərəfdən iştirak edən şəxslərdən iki nəfər hazırda bu ölkənin prezidenti və müdafiə naziri vəzifəsini tuturlar). Erməni təbliğatı bu pis əməli cinayətkarlıqla mübarizə adlandıraraq, doğrultmağa çalışsa da, bu yalan Human Rights Watch tərəfindən ifşa edilib. Bəs bundan sonra Ermənistanda insan hüquqları yaxud demokratiyadan necə danışmaq olar?”.

Müəllif qeyd edir ki, erməni işğalçılarının bütün bu əməlləri 1918-ci ildə dünyada ilk demokratik müsəlman dövləti olmuş Azərbaycan təkcə post-kommunist inkişafın problemləri ilə məşğul olmayaraq, həm də müdafiə, minalardan təmizləmə, yüz minlərlə məcburi köçkün üçün humanitar yardıma böyük miqdarda vəsait xərcləməyə məcbur olub.

“1992-ci ildən Azərbaycan ABŞ-dan 1 milyard dollara yaxın yardım alsa da, Ermənistan eyni vaxtda 3 milyard dollara yaxın yardım alıb. Lakin bununla kifayətlənməyən Ermənistan Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqları kimi təbii ehtiyatları istismar edir, həmçinin həmin ərazidə yaşamış 600 min azərbaycanlıya məxsus bütün daşınmaz əmlak və digər əmlakı satıb”.

Bu arada 2008-ci ildə Ermənistanda dinc nümayişçilərin kütləvi döyülməsi və öldürülməsi hadisəsi baş verib, 10 nəfər – keçmiş SSRİ-nin hansısa ölkəsində olduğundan çox adam həlak olub.

Bir neçə gün əvvəl isə erməni müxalifətçi fəalların olduğu 30 avtomobil dayandırıldı, fəalların özləri isə erməni polisi tərəfindən amansızlıqla döyüldülər, avtomobillərə ciddi zərər vuruldu. Bu hadisələrdən sonra erməni tərəfinin Azərbaycanda insan hüquqlarının pozulması haqqında bəyanatlarını ciddiyə almaq çox çətindir.

Axı Ermənistanda təkcə azərbaycanlıların deyil, həm də türklərin, ermənilərin özlərinin və orada yaşamağa məhkum olmuş bir neçə yüz yəhudinin hüquqları pozulur. Ravvin İsrail Baruk bəzi faktları sadalayıb: “Ermənistanın anti-semit keçmişini bilərək, 2014-cü ildə beynəlxalq araşdırma çərçivəsində keçirilmiş sorğunun nəticələrinin 220 min ermənidən 130 min nəfərinin anti-semit mövqedən çıxış etməsinə təəccüblənmək lazım deyil.

Ermənistan faktiki olaraq, Şərqi Avropanın ən anti-semit ölkəsi kimi ilk yeri tutur, Avropanın özündə isə 3-cü yerdədir. Tendensiyanı nümayiş etdirmək üçün qeyd edək ki, Ermənistan bu göstəriciyə görə İrandan 2% irəlidədir. Ermənistanda anti-semitizm səviyyəsini nəzərə alaraq, bu gün Suriya və İrann onun yaxın müttəfiqi olduğunu anlamaq olar”, - deyə, müəllif qeyd edib.

Nəhayət, içində üç ekpiaj üzvünün olduğu, Azərbaycanın ərazilərində - Ermənistanın işğal edilmiş Ağdam rayonunda manverlər həyata keçirən hərbi helikopteri vurduğu üçün Azərbaycanı ittiham etmək həqiqətən də həyasızlıqdır, - deyə, Denis Caffe qeyd edir

“Ermənistanın etməli olduğu yeganə şey öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaqdır. Bu, dərhal sülhə, demokratik iqlimiun yaxşılaşması və hər kəs üçün insan hüquqlarının müdafiəsinin güclənməsinə gətirəcək”, - deyə, müəllif yazır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.