Viktoriya Nuland: ABŞ-la Azərbaycan arasında işlər əla vəziyyətdədir
  • "ABŞ-la Azərbaycan arasında enerji sahəsində işlər əla vəziyyətdədir".

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.

V. Nuland bildirib ki, yeni layihələrin həyata keçirilməsinə çalışılır. O, iki ölkə arasında həyata keçirilən ilk layihənin Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi olduğunu açıqlayıb:

“Hazırda Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün birlikdə çalışırıq. Bu layihə tək Azərbaycan deyil, enerjisi bir mənbədən olan ölkələr üçün də əhəmiyyət kəsb edir. Bu, Avropa, Azərbaycan və ABŞ-ın birgə layihəsidir.

Biz istəyirik ki, bu layihənin gücləndirilməsi istiqamətində Avropa İttifaqı ilə sıx əlaqə quraq. Eyni zamanda, iqtisadiyyatın diversifikasiyası məsələsini Azərbaycan prezidenti lə müzakirə etdik. Prezident bu məsələdə çox maraqlıdır. Həmçinin, informasiya texnologiyaları, nəqliyyat və kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi məsələri müzakirə olundu”.

V.Nuland həmçinin bildirib ki, son on gün ABŞ-Azərbaycan münasibətlərində çox məşğul dövr olub.

“Dövlət katibinin enerji məsələləri üzrə koordinatoru, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri bu müddətdə Bakıda olub. Öz səfərimi də bura əlavə edərək, bildirmək istəyirəm ki, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla səmimi görüşlər keçirmişəm”.
V. Nuland Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdüyünü bildirib:

“Bütün görüşlərdə eyni mesajı çatdırmışıq ki, ABŞ Azərbaycanla 20 ildən artıq dövrdə quruduğu əməkdaşlığı yüksək dəyərləndirir. Biz Azərbaycanı müstəqil, demokratik ölkə kimi görmək istəyirik. Biz istəyirik ki, ötən iyirmi ildə qurduğumuz əlaqələri davam etdirək. Mən 1993-cü ildən Bakıya səfərlər etdirəm. Ölkələrimiz arasında üç sahə - təhlükəsizlik, iqtisadiyyat-enerji və demokratiya sahələri üzrə əməkdaşlıq var.

Təhlükəsizlik sahəsində, terrorizmə və ekstremizmə qarşı mübarizədə Əfqanıstan və Kosovoda çiyin-çiyinə mübarizə aparmışıq”.

ABŞ rəsmisi onu da deyib ki, onunla birgə Azərbaycana ölkəsinin Müdafiə Nazirliyinin, ABŞ-ın Avropa Komandanlığının nümayəndələri, Müdafiə Nazirliyinin bölgə üzrə təmsilçiləri də gəlib:

“Birgə təlimlər, Azərbaycanda sülhyaratma qüvvələrinin öyrədilməsi, gücləndirilməsi sahəsində müzakirələr aparılır”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.