Moskvanın tarixində ən isti qış
  • Rusiyanın hidrometeoroloji mərkəzdən verilən məlumata görə, dekabrdan fevrala qədər olan təqvim qışı Moskva şəhərinin tarixində ən isti qış olacaq.

Fevralın 24-dək paytaxtda orta temperatur mənfi 3,7 dərəcə təşkil edib. Bu, 1961-1990 illər ərzində müşahidə olunan orta temperaturdan demək olar ki, 4 dərəcə yüksəkdir.

Bu qış, eyni zamanda uzun illər ərzində aparılan müşahidələrin orta göstəricisinə nisbətən yağıntı miqdarının çoxluğu ilə də fərqlənib. Ümumilikdə isə üç ay ərzində şəhərə 160 millimetr yağıntı düşüb ki, bu da normadan 26 millimetr çoxdur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.