Rubl kəskin bahalaşdı
  • Moskva birjasında rublun məzənnəsində dollara qarşı kəskin artımı müşahidə edilib.

Səhər saatlarında 1 dolların məzənnəsi rubla nisbətdə 36 qəpik ucuzlaşaraq 61,10 rubl dəyərində təşkil edib. Eyni zamanda avronun rubla qarşı məzənnəsi isə azalaraq 69,69 rubl təşkil edib.

Son bir neçə gün ərzində bahalaşan “Brent”  markalı neftin qiyməti ötən günə nisbətən dəyişməz qalıb. Belə ki, neftin bir barreli 61,60 dollar təşkil edib.

Onu da bildirək ki, Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatları azalmağa davam edir. Rusiyanın qızıl-valyuta ehtiyatları son günlərdə 3,7 milyard dollar məbləğində əriyib və 364,6 milyard dollara enib. Bu, 2007-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.