Azərbaycanlıların ordu üçün topladığı vəsait açıqlandı
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna yanvar ayının 1-dək yığılan vəsaitin həcmi açıqlanıb.

Mart ayının 1-dək 61 milyon 653 min 116 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Xatırladaq ki, 1 fevral 2015-ci il tarixinə kimi Yardım Fonduna 60 mln. 904 min 284 manat, 211 min 791 dollar və 593 avro vəsait köçürülüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.