İlham Əliyev bolqar həmkarını təbrik etdi
  • Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevi milli bayram münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Bolqarıstanı möhkəm dostluq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bolqarıstana tezliklə edəcəyim səfərin ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcəyinə şübhə etmirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.