"Hörümçək adam" düz divara dırmaşdı
  • Fransalı məşhur idmançı və asayiş pozan Alen Rober düz divarla 215 metr hündürlükdə binaya dırmaşıb. Qeyd edək ki, bu, onun İndoneziyada ikinci cəhdi idi.

Belə ki, idmançı birinci dəfə Cakartada göydələnlərin birinə adəti üzrə sığortasız çıxmağa çalışmışdı. Lakin polis onu vaxtında yaxalamışdı. Bundan sonra hökumət Roberi ölkədən çıxarmışdı.

Bu dəfə isə o, işini ehtiyatlı tutaraq hökumətdən icazə alıb. Meriya ancan sığorta  kanatından istifadə edəcəyi təqdirdə bu təkliflə razılaşmışdı.

Lakin Rober bu cür təchizatlara «adətkərdə» olmadığı üçün bu dırmaşma planlaşdırıldığından bir neçə saat artıq çəkib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.