Prezident Dubayda xəstəxanaya yerləşdirildi
  • Asif Əli Zərdari Dubay klinikalarından birində kardioterapiya kursu keçir. Pakistan prezidenti Asif Əli Zərdari səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib.

Prezidentin mətbuat xidmətindən onun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ürəyi ilə əlaqədar müalicə aldığı bildirilib. Həkimləri ürək tutmasından şübhələnərək, Asif Əli Zərdarini klinikaya yerləşdiriblər. Hazırda Pakistan prezidenti intensiv kardioterapiya kursu keçir. Bir qədər əvvəl isə Pakistan kütləvi-informasiya vasitələrində Asif Əli Zərdarinin səhhətində problemlərlə əlaqədar istefa verməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdı. Prezidentin mətbuat xidməti bu məlumatı təkzib edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.