Qadınlar maşın sürəndə ehtiraslanırmış
  • Səudiyyə Ərəbistanının din alimlərindən biri vətənində qadınlara sürücülük hüququnun verilməməsini “əsaslandırıb”.

Alim sürücü qadınlarda pornoqrafiya və homoseksual əlaqələrə meylin artdığını iddia edir.

Bu yaxınlarda qadınların sürücülük hüququ olan bir müsəlman ölkəsindən qayıdan alim mətbuata bunları deyib: “Mən ticarət mərkəzində olarkən qadınların gözləri mənə zillənmişdi. Bu ölkədə qadınlara maşın sürməyə icazə verilir”.

Alimin gəldiyi nəticəyə görə, sükan arxasına keçmək qadının seksual istəyini artırır.

Xatırladaq ki, Səudiyyədə vətəndaşlığından asılı olmadan bütün qadınlara nəqliyyat vasitələrini idarə etmək qadağandır. Qadınların bu diskriminasiyanı ləğv etmək yönündə səyləri hələ ki fayda vermir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.