Qiyamət gününün yeni tarixi açıqlanıb
  • Amerikalı alimlər dünyanın sonunun çatacağı günü müəyyənləşdirib. Amerikalı alimlər dünyanın sonunun çatacağı günü müəyyənləşdiriblər.

Güman edilir ki, 2013-cü il fevralın 14-ü, yəni beynəlxalq sevgililər günündə dünyanın sonu çatacaq və ya yerin böyük əksəriyyəti məhv olacaq. Mütəxəssislərin fikrincə, həmin vaxt çoxsaylı zəlzələlər və bütün dünyada böyük sunamilər baş verəcək. Dünyanın sonu çatacaq gündə Yer Nibiru (bu, Şeytan planeti də adlandırılır) və Günəş planetinin arasından keçəcək. Bu isə planetimizin maqnit qütblərinin qarışmasına gətirib çıxaracaq ki, nəticə etibarı ilə yerin öz oxunu dəyişməsinə səbəb olacaq. Alimlərin məlumatına görə, Nibiru Yerdən 1 iyul 2014-ci ildə uzaqlaşacaq. Bu vaxta qədər isə Yerimizi sonu olmayan kataklizmlər gözləyir. Qeyd edək ki, Nibiru Günəş sistemində səyahət edən mifik planetdir. Bəzi "tədqiqatçılar" iddia edir ki, bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyil. 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.