İran 2013-cü ildə vurulacaq
  • İranın bombalanması 2013-cü ilə qalıb. Bu ölkənin vurulması 2013-cü ilədək təxirə salınıb. Mənbə, bunu Qərbdən olan yüksək vəzifəli bir şəxsin söylədiyi yazıb.

Məlumata əsasən, Qərbin müdafiə nazirlikləri İslam Respublikası ilə «altılıq»ın aprelin ortalarında keçiriləcək danışıqların nəticələrini dəyərləndirdən sonra məsələyə dair qərar qəbul edəcəkləri də istisna olunmur.

«Biz sanksiyaların və diplomatiyanın İrana təsirinin səmərəliliyini gözləməliyik. Bundan sonra Tehran rejiminə qarşı atacağımız addımla bağlı qərar qəbul edəcəyik» - deyə, mənbə söyləyib.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu sanksiyaların İrana «öldürücü zərbə» endirdiyini deyib. Bununla belə yasaqlarla Tehran hakimiyyətini atom-nüvə proqramını dayandırmağa məcbur qalacağı hələ də aydınlaşmayıb.

Qeyd edək ki, aprelin 13-də İstanbulda İslam Respublikasının atom-nüvə proqramı ilə bağlı danışıqlara başlanılacağı gözlənilir.

(Lent.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.