Prezidentin ölümünə az qaldı
  • ”ABC News” Afrika KİV-nə istinadən xəbər verir ki, Zimbabve prezidenti Robert Muqabe ölmək üzrədir. Aprelin 10-da mətbuat 88 yaşlı prezidentin Sinqapurdakı onkoloji klinikada olduğunu bildirib.

Ehtimal olunur ki, Muqabe prostat vəzi xərçəngindən əziyyət çəkir. Prezidentin 2008-ci ildə onkoloji xəstəliyə yoluxduğu “WikiLeaks” saytının yayımladığı diplomatik sənədlərdən məlum olub. 2009-cu ildə isə Muqabenin Sinqapurda müalicə keçdiyi açıqlanıb.

“WikiLeaks” prezidentin 2007-ci ildə isə qırtlaq xərçəngindən əziyyət çəkdiyini yazıb. Ancaq rəsmi dairələr bu xəbəri təsdiqləməyib.

Robert Muqabe Zimbabvedə 1988-ci ildən hakimiyyətdədir. 2008-ci ildə müxalifət Muqabeni seçkiləri saxtalaşdırmaqda ittiham edib. Kütləvi etiraz aksiyaları nəticəsində Muqabe güzəştə getməyə məcbur olub, səlahiyyətlərini müxalif lider Morqan Tsvanqiranla paylaşıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.