Deputatın pulunu oğurladılar
  • Azərbaycan paytaxtında şirkətdən külli miqdar pul oğurlanıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, aprelin 5-ə keçən gecə Bakı şəhər sakini Hamlet Mehdizadəyə məxsus Heydər Əliyev prospektində yerləşən «Loğman Farm» MMC-nin ofisindən dəmir barmaqlıqları sındırma yolu ilə 21 min manat oğurlanıb. 
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Tural Əsədov, Rafiq Məmmədov və Abşeron rayon sakini Elçin Həsənov aprelin 10-da tutulublar. 
Bunu da qeyd edək ki, Adı çəkilən şirkət deputat Ülvi Quliyevə məxsusdur və dərman satışı ilə məşğul olurlar. Son zamanlar isə şirkətin fəaliyyətinə ciddi əngəllər yaradılmışdı.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.