Kartoflu keks
  • Bu keksi həm səhər yeməyində, həm ət yeməklərinin yanında, həm də qəlyanaltı kimi süfrəyə verə bilərsiniz.

Ərzaqlar

4 ədəd kartof (təxminən 600 qram)

1 ədəd yerkökü

2 ədəd yumurta

yarım stəkan (bir armudu istəkan qədər edir) duru yağ

1  stəkan qatıq

1 stəkan un

1 çay qaşığı qabartma tozu

yarım stəkan doğranmış keşniş-şüyüd qarışığı (istəyə görə keşnişi cəfəri ilə əvəz etmək olar)

1 çay qaşığı duz

zövqə görə istiot

 

Kartof və yerkökünü suda qaynadıb bişirin. Qabıqlarını soyun və tərəvəzləri kubik şəklində doğrayın. Kənara qoyun.

Sobanı 190Cdək qızdırın. Ölçüləri  23 X 13 X 8  santimetr olan baton formasının dibini və kənarlarını azacıq yağlayın. Kənara qoyun.

İri kasaya yumurtaları qırın. Üstünə duru yağı əlavə edib, çırpma teli ilə qarışdırın. Üstünə qatığı töküb qarışdırın. Sonra isə un və qabartma tozunu əlavə edib, yenə qarışdırın. Kütlənin üstünə döğradığınız kartof, yerkökü və göyərtini əlavə edib yavaşca qarışdırın.

Alınan kütləni formaya töküb üstünü hamarlayın. Sobada təxminən 1 saat və yaxud keksin üstü qızaranadək bişirin. Soyuduqdan sonra dilimləyib süfrəyə verin. Bu keks soyuducuda 3 günə yaxın qala bilər. Soyuqkən çox yaxşı dilimlənir. Nuş Olsun!

 

 

Azcookbook

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.