Dünyanın ən varlı müğənnisi
  • Gənc ingilis müğənni Adel yenə ictimaiyyəti heyrətləndirib. Bu dəfə yeni şit, ecazkar səs və ya albomlarının rekord satışları ilə yox, sürətlə artan varidatı ilə.

"The Guardian" bildirir ki, 23 yaşlı müğənninin varidatı son bir ildə 6 milyondan 20 milyon funt-sterlinqə qədər artıb. Bu, onun dünya üzrə 20 milyon ədəd satılmış "21" albomu ilə bağlıdır. Adel indi Britaniyada yaşı 30-a çatmamış sənətçilər arasında ən varlısıdır.

İkinci yeri tutan musiqiçinin 12 milyon funt-sterlinqi var.

"Alaton" filminin ulduzu, aktyor Robert Pattison varidatını 8 milyon funt artıraraq 40 milyon funta çatdırıb. Harri Potter barədə filmlərdə baş rolu oynayan Deniel Redkliff varidatını 54 milyondan 60 milyona çatdırıb.

Kira Naytli isə pullarını artıra bilməyib: 2011-ci ilin aprelindən bəri onun "vur-tut" 30 milyon funt-sterlinqi var.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.