Şami
  • Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda Şami-Plov adlanan plov var).

 

Ərzaqlar

 

1 kq sümüksüz, yağsız qoyun əti

2 ədəd orta baş soğan - qabığını soyun, bütöv qalsınlar

2 ədəd yumurta

zövqə görə duz

zövqə görə istiot

təxminən üçdə bir stəkan duru yağ - qızartmaq üçün

Əvvəlcə əti və bütöv soğanları  bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə  bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz). Əti və soğanları ət çəkən maşından keçirin. Sonra bir qaba qoyun. Üzərinə yumurta, duz, istot əlavə edib, yaxşıca yoğurun.

Alınan kütlədən nə çox yastı, nə də çox qalın olan  uzonsov və ya yumru küftəciklər düzəldin. Təxminən 18-20 ədəd şami alınmalıdır.

Tavada yağı qızdrın və şamini yağda qızardın . Plov və ya çörəklə süfrəyə verin (Lənkəranda plovla verilir). Nuş olsun!

 

 

Azcookbook

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.