Maykl Ceksonun qızı kinoya çəkilir
  • 13 yaşlı Peris Cekson kinoda ilk rolunu alıb. Maykl Ceksonun qızı Peris fentezi janrında "London körpüsü və üç açar" adlı filmdə çəkilir.

Filmdə real aktyorlarla yanaşı, animasiya personajları da var. Filmin premyerası 2013-cü ildə olacaq. Perisin doğmaları onun aktrisalıq arzusundan xəbərdar olsalar da, kino karyerasına başlaması üçün 18 yaşınadək gözləməsini istəyirdilər. Lakin Peris filmin Maykl Ceksonun da xoşuna gələ biləcəyini söyləyərək nənəsi Keti razı sala bilmişdi. Amerika KİV-lərinin yazdığına görə, filmdən əldə olunan vəsaitin bir hissəsi ABŞ-dakı ehtiyacı olan məktəblərə ayrılacaq. Xatırladaq ki, Maykl Cekson kinoekranda ilk dəfə 20 yaşında görünüb. Müğənni bu yaşında "Biz" filminə çəkilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.