Arif Hacılının iddiasını təmin etmədi
  • Bu gün Ali Məhkəmə 2 aprel məhbusu Arif Hacılının və eyni iş üzrə şərti çəzaya məhkum olunmuş Fuad Qəhrəmanlının kassasiya şikayətinə baxılıb.

Vəkil Əsabəli Mustafayev reportyorumuza bildirib ki, kassasiya şikayətində Arif Hacılının hökmünün qanunsuz sayılması və ləğv olunması, ona bəraət verilməsi istənilirdi. Ancaq Ali Məhkəmə nə onun, nə də tam bəraət tələb edən F.Qəhrəmanlının iddiasını təmin etməyib.

Vəkil bildirib ki, beləliklə son məhkəmə instansiyası da dəf edildikdən sonra adı çəkilən şəxslərin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi üçün heç bir baryer qalmayıb və yaxın vaxtlarda bu müraciət gerçəkləşdiriləcək.

(Yeni Musavat)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.