Lerikdə dəhşətli ailə faciəsi
  • Ailənin 4 üzvü bir-birinin ardınca ölüb. Bir ailənin 4 üzvünün faciəli şəkildə həyatını itirməsi təkcə Əliyevləri deyil, bütün Leriki sarsıdıb.

Lerik rayonunun Çayrud kəndində baş vermiş bir ailə faciəsi dramatikliyi və kədərli sonluğu ilə diqqət çəkir. Faciə babası Xanrzanın yas mərasiminə tələsən 41 yaşlı Əbülfətin aprelin 16-da Orenburqda maşın qəzasında həlak olmasından başlayıb. Onun cənazəsini yaşadığı kəndə gətirmək üçün gedən əmiləri 50 yaşlı Vəliməmməd və 41 yaşlı Ulduz eyni aqibəti yaşayıb. Kalmık Muxtar Respublikasının paytaxtı Elistada aprelin 21-də baş verən maşın qəzası hər iki qardaşın həyatına son qoyub.

“Dedilər faciə olub. İki maşın toqquşub. İki qardaşın həlak olub. Evimizə 3 meyidi bir gündə Çayrud uşaqları Rusiyadan gətirdilər”, - deyə ailənin böyük oğlu Mirəhəd Əliyev bildirib.

Aprelin 23-də Çayrud qəbiristanlığında ata Xanrzanın məzarının yanında daha 3-ü qazılıb. Oğlanları Vəliməmməd və Ulduz, nəvəsi Əbülfət üçün. Kənd ziyalıları xeyriyyəçi qardaşların faciəsini bütün kənd üçün itki sayır.

Qeyd edək ki, uşaqların anası Xanım da 9 ay öncə həyatını dəyişib. Bir ailədən 5 itki fələyin yazdığının kimsənin pozmaq qüdrətində olmadığını göstərir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.