Britni Spirs nişanlandı
  • Sevgilisi 30 yaşlı müğənniyə üç karatlıq brilliant üzük hədiyyə edib. Müğənni Britni Spirs sevgilisi Ceyson Treviklə nişanlanıb.

Məlumatı “Reuters” agentliyi yayıb. Müğənni “Twitter” səhifəsində Ceysonun ona “çoxdan arzuladığı hədiyyə”ni etdiyini yazıb. Bunun ardınca KİV-də nişanla bağlı xəbərlər yayılmağa başlayıb. “Access Hollywood” televiziya şousunun aparıcısı Ceyson Treviklə əlaqə saxlayıb və o, Britni Spirslə nişanlandığını təsdiqləyib. “Us Weekly”nin məlumatına görə, Ceyson Trevik sevgilisinə üç karatlıq brilliant üzük verib. Qeyd edək ki, o, Britni Spirsə evlilik təklifini özünün ad günündə edib. Həmin gün Ceyson Trevikin 40 yaşı tamam olub. Cütlük nişanlanmalarını Las-Veqasda qeyd ediblər. Britni Spirs keçmiş agenti Ceyson Treviklə 2009-cu ilin iyununda tanış olub. Mütənni mümkün evliliklə bağlı hələ 2010-cu ildən danışsa da, bu istiqamətdə heç bir rəsmi addım atılmamışdı. Bu, 30 yaşlı Britni Spirsin üçüncü evliliyi olacaq. O, 2004-cü ildə uşaqlıq dostu Ceyson Aleksandrla evlənsə də, onlar cəmi 55 saat evli qalmışdılar. Elə həmin il müğənni rəqqas Kevin Federlayna ərə gedib. Onlar 2006-cı ildə boşanıblar. Britni Spirsin ikinci ərində iki oğlu var. Lakin müğənni övladları üzərində qəyyumluq hüququna malik deyil.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.