Əsəd tərəfdarları küçələrə axışdı
  • Rusiyanın BMT-nin TŞ-na Suriyaya dair qətnamə layihəsi təklif etməsi paytaxt Moskvada Əsəd tərəfdarlarının küçələrə çıxmasına səbəb olub.

Suriya hökumətini dəstəkləyən Rusiyanın dünən gözlənilmədən BMT-nin Təhlükəsizlik Şurasına Suriyaya dair qətnamə layihəsi təklif etməsi paytaxt Moskvada Bəşər Əsəd tərəfdarlarının küçələrə çıxmasına səbəb olub. Moskvadakı Suriya diasporu və sol-yönümlü təşkilatların birgə təşəbbüsü ilə "1905-ci il" Meydanında keçirilən aksiyada 300-dək adam iştirak edib. Bəşər Əsədə dəstək nümayişinin iştirakçıları nəhəng Rusiya və Suriya bayraqları qaldırıblar. Nümayişçilər "Təşəkkürlər Rusiya" şüarı səsləndirərək, Rusiyanın Suriyanı dəstəkləməyə davam etməsini tələb ediblər. Aksiya fəalları dünya ictimaiyyətini Suriyanın daxili işlərinə qarışmamağa çağırıblar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.