Prezidentlər təkbətək görüşüb görüşüb
  • Dövlət başçısı əvvəlcə rəsmi qarşılanıb. Qazaxıstanda rəsmi səfərdə olan Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Bu gün Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Qazaxıstan Prezidentinin iqamətgahı qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qazaxıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Nursultan Nazarbayeva təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təkbətək görüşü olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.