Taylandda partlayış: 12 ölü, 130 yaralı
  • Taylandın cənub-şərqində neft-kimya zavodunda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 130-dan çox adam xəsarət alıb.

Zavodun dünyanın ən böyük neft-kimya sənayesi müəssisələrindən biri olduğu bildirilir. Partlayışdan sonra güclü yanğın başlayıb. Kimyəvi maddələrin yanması nəticəsindən meydana gələn tüstü geniş əraziyə yayılıb. Zavodun işçiləri təcili evakuasiya edilib. Mütəxəssislər kimyəvi zəhərlənmə ehtimalı ilə əlaqədar bölgəni nəzarətdə saxlayıb.


Partlayışın səbəbi hələlik məlum deyil, zavod rəhbərliyi də hadisə ilə bağlı açıqlama verməyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.