Daha bir əsgərimiz yaralandı
  • Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb.Hadisə cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb.

Milli Ordunun əsgəri, 19 yaşlı Nurəli Əli oğlu Əliyev düşmən gülləsinə tuş gəlib. Başından yaralanan əsgər hospitala yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, N. Əliyev ötən il Ağstafa rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.